05.02.2018

“Təhsildə keyfiyyət ili” çərçivəsində aktual problemlərə həsr olunmuş “Pedaqoji mühazirələr”in rayon mərhələsi keçirilmişdir.

    02 fevral 2018-ci il tarixində Yevlax şəhər Təhsil şöbəsində “Təhsildə keyfiyyət ili” çərçivəsində aktual problemlərə həsr olunmuş “Pedaqoji mühazirələr”in rayon mərhələsi keçirilmişdir.

    Mövzulara uyğun təşkil edilmiş 3 bölmə üzrə dinləmələrdə 56 nəfər təhsil işçisi iştirak etmiş, hər bir mühazirənin çıxışı videolentə alınmışdır.

    Məqsəd keyfiyyətin yaxşılaşdırılması üçün təhsil işçilərinin rəy və mühazirələrini öyrənmək, yaradıcı  pedaqoji işçiləri üzə çıxarmaq və qabaqcıl təcrübəni təbliğ etməkdən ibarətdir.


Açar sözlər: