28.02.2018

Təlimati seminar keçirilib.

 28 fevral  2018-ci il tarixdə Yevlax şəhər Təhsil Şöbəsinin akt zalında müəllimlərin Diaqnostik Qiymətləndirilməsində zəif nəticə göstərən ibtidai sinif müəllimləri üçün təlimati seminar keçirilib.

 Seminarda şəhər Təhsil şöbəsi Metodkabinetinin müdiri Xaləddin Nİftəliyev müəllimlərə Diaqnostik Qiymətləndirmənin  məqsəd və mahiyyəti, qaydaları barədə bir daha məlumat verərək  rayon üzrə  ibtidai sinif müəllimlərinin  Diaqnostik Qiymətləndirmə  zamanı topladığı balların ümumi nəticələrini təhlil edilib.

Şəhər Təhsil Şöbəsinin  ibtidai siniflər üzrə metodisti  Ulduzə İsmayılova “İbtidai sinif müəllimlərinin elmi-nəzəri metodiki səviyyəsini artırılması”,  şəhər 3 nömrəli məktəbin direktor müavini Xaliq Əliyev “Məktəb rəhbərlərinin  Diaqnostik Qiymətləndirmədə az bal toplayan müəllimlərlə apardığı  işlərin xüsusiyyətləri” mövzularında  təqdimat  edib.

Yekunda müəllimləri maraqlandıran suallar  cavablandırılıb.

 


Açar sözlər: ,