18.01.2019

Yeni Attestasiya Qaydalarının təqdimatı keçirilib

                                             11 yanvar 2019-cu il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının “Ümumi təhsil” pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydasının tətbiq edilməsi barədə” “28” dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarını icra ilə əlaqədar təqdimat keçirilib. Təqdimatı Yevlax ŞTŞ-nin müdiri Zərifə Məmmədova açaraq Təhsil Nazirliyinin Mingəçevir şəhərində keçirdiyi müşavirənin əhəmiyyətindən danışdı. Nazirlik tərəfindən hazırlanmış materiallar əsasında ŞTŞ metodkabinetinin müdiri Xaləddin Niftəliyev geniş təqdimat etdi və yeni “Qaydalar” barədə verilmiş sualları ətraflı cavablandırdı.


Açar sözlər: ,