06.05.2019

 03 may 2019-cu il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilib

           03 may 2019-cu il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsinin Fəaliyyət Planı üzrə növbəti Şura iclası keçirilib.

İclasda ŞTŞ-nın müdir müavini F.Vəliyev şəhər 1nömrəli, 2 nömrəli, Qaraməmmədli, Səmədabad, Nərimanabad kənd tam orta və Aran qəsəb 3 nömrəli ümumi orta məktəbdə məktəbəhazırlığın təşkili vəziyyəti, Metodiki kabinetin müdiri X.Niftəliyev “Şəhər 3 nömrəli, 4 nömrəli, 6 nömrəli,8 nömrəli Qaramanlı, Rüstəmli, Nəmərli kənd tam orta və Hacımahmudl kənd ümumi orta məktəblərin ibtidai siniflərində tədrisin keyfiyyəti və şagirdlərin oxu, yazı, riyazi bacarıqlarının monitorinqi”, ŞTŞ-nın məsləhətçisi Ü.Mamedov şəhər 2 , 7 nömrəli, Xaldan, Yuxarı Qarxun, Ərəş kənd tam orta məktəblərində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydaları”nın yerinə yetirilməsi barədə arayış təqdim etdilər.

Şura iclasının qərarı ilə rəğbətləndirmə tədbirləri ilə yanaşı aşkar edilmiş nöqsanlara görə məktəb rəhbərləri barəsində ciddi cəza tədbirlərin görülməsi nəzərdə tutuldu.


Açar sözlər: ,