25.10.2019

“Hər məktəbdə bir metodiki gün” layihəsi başlandı

      25 oktyabr 2019-cu il tarixdə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə “Hər məktəbdə bir metodiki gün” layihəsinin icrasına başlandı.

   Şəhər Təhsil Şöbəsinin təşəbbüsü olan bu layihədə Təhsil Şöbəsinin bütün əməkdaşları məktəbdə bir gün olmaqla məktəb rəhbərlərinə, müəllimlərə, köməkçi pedaqoji heyətə fəaliyyətin təşkili, tədris materiallarının planlaşdırılması və digər sahələrdə əməli-metodiki köməklik göstərdi. Sonda müəllimlərin çoxsaylı suallarına cavab verildi.

    Layihənin rayonun bütün məktəblərini əhatə edəcəyi nəzərdə tutulur.


Açar sözlər: ,