15.05.2020

"Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinə Fəxri fərmanlar və hədiyyələr təqdim edildi

     Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönmünə həsr olunmuş şagirdlər arasında "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinə Fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

     Şəhər Təhsil şöbəsinin müdiri Namidə Abbasova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümü münasibətiylə  ümumtəhsil məktlərinin 9-11ci sinif şagirdlərinin arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsində 1-ci yerə layiq görülən Şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Teymurzadə Ülviyyə Emin qızına və müvafiq olaraq 2-ci və 3-cü yerə layiq görülən Şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əsədov Fəxri Anar oğlu və Şəhər 10 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Aslanova Nəcibə Aslan qızına Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edib.

   Şəhər Təhsil şöbəsinin əməkdaşları şagirdlərə yaşadıqları ünvanlara gedərək təltif edildikləri hədiyyələri təqdim ediblər. 


Açar sözlər: ,