Fəyaz Kərim oğlu Vəliyev

 

1955-ci ildə Ermənistan SSR Axta rayonunun Axundov kəndində anadan olub.

1977-ci ildə V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji  İnstitutunu ümumtexniki fənlər və fizika ixtisası üzrə bitirmişdir.

1977-1986-ci illərdə Yevlax rayonu Ərəş  kənd orta məktəbində fizika müəllimi, 1986-2008-ci illərdə Yevlax Şəhər Təhsil Şöbəsinin inspektoru, baş inspektoru vəzifələrində çalışmışdır.

Təhsil nazirinin 29 iyul 2008 ci il tarixli, 11/425 nömrəli əmri ilə  Yevlax Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur.

Evlidir. 4 övladı var.