Zərifə Həşim qızı Məmmədova

 

                1960-ci ildə Yevlax şəhərində anadan olmuşdur.

1985-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 

1985-2001-cü illərdə Yevlax  rayonu Cırdaxan kənd  ümumi orta məktəbdə müəllim, 2001-2004-cü illərdə isə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2004-cü ildə Yevlax Şəhər Təhsil Şöbəsinin inspektoru, 2004-2007-ci illərdə Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri, 2007-2015-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının  müavini -  təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə şöbə müdiri vəzifəsində çalışmışdır.

 Yevlax Şəhər  İcra Hakimiyyəti Başçısının 20 oktyabr 2015- ci il tarixli, 131 nömrəli əmrinə əsasən Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

 Ailəlidir. 3 övladı var.