“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2013- cü il tarixli 739 nömrəli əmrinin icrası ilə əlaqədar Yevlax Şəhər Təhsil Şöbəsinin əmri

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2013- cü il tarixli 739 nömrəli əmrinin icrası ilə əlaqədar Yevlax Şəhər Təhsil Şöbəsinin əmri

 

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2013- cü il tarixli 739 nömrəli əmrinin icrasının təmin etmək üçün

 

Ə M R   E D İ R Ə M

 

          1. Rayonun ümumtəhsil məktəblərində xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu prosesini həyata keçirmək məqsədilə Şəhər Təhsil Şöbəsi nəzdində aşağıdakı tərkibdən ibarət komissiya yaradılsın.

 

                         1.Mirzəyev Raquf                                               -  ŞTŞ-nin  müdiri                                                               - Sədr

                         2.Rəcəbova Ulduzə                                          -   ŞTŞ-nin  ibtidai siniflər üzrə metodisti                        - Üzv

                         3.Manafova Rahilə                                            -   Mərkəzi Şəhər Xəstəxanasının həkimi                      - Üzv

                         4.Ağakişiyeva Nüşabə                                      -   Şəhər 8 nöm.məktəbin psixoloqu                              - Üzv

                         5.Həsənova Jalə                                                -   Şəhər 2 nöm.məktəbin ibtidai sinif müəlliməsi        - Üzv

 

          2. Vaxtından əvvəl I sinfə qəbul  hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilsin.

            3. Bütün məktəb direktorlarına tapşırılsın ki, uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin ərizələri, habelə ümumtəhsil müəssisələrinin təqdimatları hər il iyul ayının 20-dən başlayaraq  avqustun 20- dək Təhsil Şöbəsində  qeydiyyatı alınması təmin edilsin.

           4. Vaxtından əvvəl I sinfə qəbul  müsahibələrinin obyektiv və şəffaf aparılmasını təmin etmək komissiya üzvlərindən tələb edilsin.

             5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.            

 

Raquf Mirzəyev

Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri

14.07.2015-ci il

 61/2