25.05.2022

Ucarda “Şuşa ili”nə həsr edilmiş sərgi keçirilib

Mayın 23-də Ucar rayonu Heydər Əliyev Mərkəzində “Şuşa ili”nə həsr edilmiş sərgi təşkil olunub.

 

Sərgidə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ucar rayonu üzrə təhsil sektorunun əməkdaşları, Vətən müharibəsi qaziləri və o cümlədən digər qonaqlar iştirak edib.

 

Sərgidə Şuşanın və Qarabağın tarixi abidələri və məkanları, o cümlədən 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən xaribülbül sərgilənib, eyni zamanda şagirdlər tərəfindən hazırlanmış müxtəlif dekorativ-əl işləri nümayiş etdirilib.

 

Daha sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusuna həsr olunan ədəbi-bədii kompozisiyalar səsləndirilib.