25.05.2022

Ucar rayonunda təhsil işçiləri ilə görüş keçirilib

Mayın 23-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Ucar rayonunda təhsil işçiləri ilə görüşüb.

 

Görüşdə sözügedən bölgənin yerli təhsili idarəetmə sektorunun əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Görüş zamanı idarə müdiri ilk olaraq təhsil sahəsində qarşıya qoyulmuş vəzifələrdən danışıb. Daha sonra təhsil sisteminin keyfiyyətinin artırılması və inkişafı istiqamətində uğurlu addımların atılacağını qeyd edib.

 

Görüşdə təhsil işçilərinin təklifləri dinlənilib və suallar cavablandırılıb.