01.06.2022

Tədbir keçirilib

1 iyun 2022- ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Təhsil idarəsinin Ucar rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə "1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin Ucar rayon üzrə təhsil sektorunun müdiri Rauf Məmmədov, ATİAHİ Ucar rayon komitəsinin sədri Təbriz Hüseynov,təhsil işçiləri,bir qrup idarə-müəssisə rəhbərləri, ümumtəhsil məktəb direktorları,məktəbdəndəkar təhsil müəssisə rəhbərləri,təhsilin inkişafında aktiv fəaliyyət göstərən müəllimlər,valideynlər,şəhid ailələrinin, rayon ümumtəhsil məktəblərində evdə və xüsusi təhsil siniflərinə cəlb olunmuş bir qrup şagirdlər iştirak etmişdilər.

 

Sonda Mərkəzi Aran Regional Təhsil idarəsinin Ucar rayon üzrə təhsil sektorunun müdiri Rauf Məmmədov və ATİAHİ Ucar Rayon komitəsinin sədri 2021-2022-ci tədris ilində müxtəlif müsabiqələrdə,yarışlarda qalib olmuş bir qrup şagirdləri Fəxri Fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

 

Tədbirin təşkilatçısı şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Həsənova olmuşdur.