13.06.2022

Gənc müəllimin fərqli yanaşma tərzi

 Ucar rayonu Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi ,gənc müəllim Gülər Muxtarova 2017-ci ilin sentyabr ayından Qazıqumlaq kənd məktəbində pedaqoji fəaliyyətə başlayıb.İlk gündən dərs prosesinə fərqli yanaşması ilə diqqəti cəlb edib. G.Muxtarova belə hesab edir ki, ingilis dilində danışmağı və yazmağı əylənərək öyrənmək lazımdır. Buna kənd məktəblərinin şagirdlərini buna daha çox ehtiyacı olduğunu  bildirir və dərslərini əsasən bu istiqamətdə qurmağa çalışır.

 

Dili sevdirməyin və öyrətməyin ən əlverişli yolu həmin dildə danışmaqdan ibarət olduğunu bildirən müəllim dərslərində  ancaq ingilis dilində danışmaq və dialoqlar qurmağa daha çox diqqət yetirir.

 

Dərsdən əlavə olaraq ,şagirdlərin iştirakı ilə müxtəlif tədbirlər ,gecələr təşkil edir,cizgi filmləri hazırlayırlar.Bütün bunlar şagirdlərin dilə marağını və məhəbbətini artırır.

Məqsədi daim öyrənmək və öyrətmək olan G.Muxtarova dərsdən sonra boş vaxtlarında isə Merd s Word Youtube kanalında və" @gularmukhtarova" instaqram səhifəsində ingilis dilini öyrətmək məqsədilə videolar və postlar paylaşır.