27.05.2016

Narkomaniya və QİÇS-ə həsr olunmuş tədbir keçirilmişdir.

 

27.05.2016- cı il tarixdə şəhər 1 və  2 nömrəli tam orta məktəblərdə “Feniks” Sağlam Həyat Təbliği” İctimai Birliyinin təşkilatçılığı və yerli İcra Hakimiyyətinin dəstəyi ilə narkomaniya və QİÇS kimi zərərli vərdişlərin və xəstəliklərin yeniyetmələr, gənclər, xüsusən də yuxarı sinif şagirdləri arasında yayılmasının qarşısını almaq məqsədilə “Gələcək vətənpərvər və sağlam gənclərindir” adlı maarifləndirici tədbir keçirmişdir.

Tədbirlərdə Şəhər Təhsil Şöbəsinin əməkdaşları Sirac Sarıyev və Mirtaleh İsmayılzadə, MŞX-da QİÇS-lə mübarizə laboratoriyasının müdiri Mətanət İmanova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Əhmədov və sözügedən məktəblərin direktorları çıxış etmişlər.

Yuxarı sinif şagirdlərinin qatıldığı bu tədbirlərdə “Feniks” Sağlam Həyat Təbliği” İctimai Birliyin direktoru Şahin Hüseynov şagirdlərlə diskusiya şəklində söhbət apararaq onlara narkomaniya, HİV və QİÇS xəstəlikləri, onların cəmiyyətimiz üçün necə qarşısıalınmaz bir bəla olduğunu və bu cür viruslara qarşı mübarizə aparmağın yolları haqqında ətraflı məlumatlar verdi.

Tədbirin sonunda iştirakçılara üstündə “Narkomaniya və QİÇS-ə yox” yazılan köynəklər və bukletlər paylanmışdır.