Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. Müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir. Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 05 may tarixindən 09 may 2026-cı il tarixinədək https://forms.gle/V4KocRfqDxcMTRK79 vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Təsərrüfat müdiri vəzifəsi üzrə müvafiq sahə üzrə orta ixtisas təhsili, 1 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı və ya tam orta təhsil və 3 ildən az olmayaraq müvafiq iş üzrə
iş stajı olan şəxslər, təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə isə orta ixtisas və ya ali təhsili eləcə də 3 ildən az olmayaraq əmək stajı olan şəxslər iştirak edə bilərlər.
Qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra namizədlər müsabiqənin növbəti mərhələsinə dəvət ediləcək. Müvafiq qaydada məlumatlarını qeydiyyat linkində əlavə etməyən namizədlərin namizədliyi nəzərə alınmayacaq.
Adıçəkilən vəzifələr üzrə müsabiqə proqramı, test imtahanının ədəbiyyat siyahısı və vakant yerlərin siyahısı ilə bağlı məlumatları aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz.
Müsabiqə proqramı: http://https://shorturl.at/Q1qgf
Vakant yerlərin siyahısı: http://https://shorturl.at/mfdMk