Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Göyçay, Zərdab və Kürdəmir rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi yaradılmışdır.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində 253 tam, 66 ümumi və 29 ibtidai məktəb olmaqla, ümumilikdə 348 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda 109 körpələr evi, 52 uşaq və 1 sanator tipli məktəbəqədər təhsil müəssisəsi olmaqla, ümumilikdə 163 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil müəssisələrində ümumillikdə, 105934 şagird təhsil alır. Məktəbəqədər təhsil müəssisələrinə isə 8134 nəfər uşaq cəlb edilib.