logotype
  • ELM VƏ TƏHSİL NAZİRLİYİ
  • İdarə
    • Ümumi məlumat
    • Struktur
    • Müəssisələr
    • Sənədlər
  • FƏALİYYƏT
    • Məktəbəhazırlıq
      • Məktəblər
    • Məktəbə qəbul
      • Apellyasiya komissiyaları
    • Ümumi təhsil
      • Müsabiqələr
      • Təmayül siniflər
    • İnsan resursları
    • Məktəbdənkənar fəaliyyət
    • Məktəbəqədər təhsil
      • Məktəblər
  • Media
    • Xəbərlər
    • Elanlar
    • Çıxışlar
    • Sual-cavab
    • Atributlar
  • ƏLAQƏ
    • Ünvan
    • Qəbul
    • Elektron Müraciət

Ana səhifə > FƏALİYYƏT > Ümumi təhsil > Müsabiqələr


“Ən yaxşı təqdimat” müsabiqəsi

Məktəblilərin fənn olimpiadaları

“Sabahın alimləri” Respublika Müsabiqəsi

Azərbaycan Respublikası Prezidentinin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mukafatlarının təsis edilməsi haqqında» 4 sentyabr 2007-ci il tarixli, 2372 nömrəli sərəncamına uyğun olaraq keçirilən ən yaxşı məktəb və ən yaxşı müəllim müsabiqələri ümumilikdə orta ümumtəhsil sisteminin inkişafına təkan verir, tədris ocaqlarının və müəllimlərin fəaliyyətinə əlavə stimul yaradır. 2007-2008-ci dərs ilində ilk dəfə keçirilən həmin müsabiqələrin şəffaf və obyektiv əsaslarla təşkili, ən layiqli namizədlərin mükafatlandırılması ölkə ictimaiyyəti, xüsusilə də təhsil orqanları və pedaqoji kollektivlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu müsabiqələr ümumtəhsil məktəbləri və müəllimlər arasında inkişafyönümlü sağlam rəqabəti gücləndirməklə barabər, eyni zamanda novator fəaliyyətə və təşəbbüskarlığa geniş meydan açır, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində hərəkətverici qüvvəyə çevirilir.

“Qaydalar” da təsbit edilən şərtlər əsas tutulmaqla müsabiqədə iştirak üçün sənədləri qəbul olunan məktəbərin göstəricilərinin hər biri müvafiq əmsallar tətbiq ediməklə 17 parametr üzrə qiymətləndirilir və hər məktəbin birinci mərhələ üçün yekun balı müəyyənləşdirilir.

Ekspertizanın nəticələrinə görə müsabiqənin ikinci mərhələsinə buraxılan məktəblərin IX sinif şagirdləri Təşkilat Komitəsinin müəyyən etdiyi ana dili və riyaziyyat, XI sinif şagirdləri isə bu fənlərlə yanaşı, fizika, kmya, biologiya, coğrafiya, Azərbaycan tarixi, xarici dil fənləri üzrə test yoxlamasından keçirilir və nəticələrə əsasən həmin məktəblərdə təlim keyfiyyətinin səviyyəsi öyrənilir. Qiymətləndirmə Təşkilat Komitəsinin müəyyən etdiyi prosedura uyğun aparılır.

Mövcud qaydalara uyğun olaraq müsabiqənin üçüncü mərhələsində Təşkilat Komitəsinin üzvləri tərəfindən iştirakçı məktəblərin direktorlarının 10 dəqiqəlik təqdimatı dinlənilir. Təqdimatları Təşkilat Komitəsinin hər bir üzvü 10 ballıq qiymətləndirmə sistemi üzrə qiymətləndirir, sonra həmin ballar əsasında hər iştirakçı üçün yekun bal müəyyənləşdirilir.

Müsabiqənin yekununda hər üç mərhələdə qazanılan ballar cəmlənərək ümumi nəticəyə görə daha çox bal toplamış 50 məktəb müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər dərs ili üzrə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri müvafiq mükafatlara layiq görülürlər.

"Ən yaxşı məktəb" müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydaları

"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Geri Yuxarı
Ümumi təhsil
MüsabiqələrTəmayül siniflər
Xəbərlər
Lisey və məktəb-liseylərə şagird qəbulu davam edirİdarə müdiri Ağdaşda vətəndaşları qəbul edəcəkİdarə müdiri Zərdabda vətəndaşları qəbul edəcək“Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı”nın seminar mərhələsinin qiymətləndirilməsi davam edirTərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir Bütün xəbərlər

Yevlax şəhəri, Heydər Əliyev pr. 95

Telefon: 146-0-3

Email: info@yevlakh.edu.gov.az

  • Ümumi məlumat
  • Struktur
  • Rəhbərlik
  • Müəssisələr
  • Qəbul
  • Xəbərlər
  • Media
  • Çıxışlar
  • Sənədlər
  • Sual-cavab
  • ƏLAQƏ

© 2025. Mərkəzi Aran Rayon Təhsil Şöbəsinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.