Yevlax Şəhər Təhsil Şöbəsi ərazidə yerləşən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi ilə birgə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci il dönümü münasibətilə “Dövlət Sərhədi müqəddəs və toxunulmazdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə şəhər və kənd məktəblərinin 10-11-ci sinif şagirdləri iştirak ediblər. Tədbirdə 40-a yaxın şagird qalibiyyət uğrunda mübarizə aparıb. Müsabiqənin keçirilməsində məqsəd gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyyə etmək, gənclərin dünya görüşünü onların sərhəd xidmətinə marağını artırmaq və müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının inkişaf mərhələlərini, Dövlət Sərhəd Xidmətinin sərhədlərimizin mühafizəsində əldə etdiyi nailiyyətləri təbliğ etməkdir.
Qaliblər iyunun 14-də I, II, III dərəcəli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.