Cəbhə bölgəsində yerləşən Tərtər şəhərində ümummilli liderin anadan olmasının 93- cü və respublikamızın paytaxtı Bakı şəhərində “Bakı-2015” ilk Avropa oyunlarının keçirilməsinin ildönümləri münasibətilə sərbəst güləş üzrə birincilik keçirilib. Tərtər, Gəncə, Yevlax, Ağdam, Samux və digər şəhər və rayonlardan yarışa qatılan yeniyetmə pəhləvanlar böyük həvəslə döşək üzərində qabiliyyətlərini, güc və texniki hazırlıqlarını ortaya qoyublar. Həmin yarışlarda Paşa Həmidovun, Tofiq Tağıyevin, Samir Həmzəyevin, Vüsal Məcnunovun, Saleh Talıbovun yetirmələri, perspektivinə hədsiz inamları olan güləşçilər rayonumuzun idman şərəfini qorumağa müvəffəq olublar. Maraqlı və son dərəcə baxımlı idman mübarizəsi şəraitində keçən birincilikdə idmançılarımızdan 5 nəfəri- Muhamməd İsmayılov, Vüqar Baxşəliyev, Vüqar Paşayev, Pərviz Novruzov, Müşfiq Ocayev öz çəki dərəcələrində yarışın çempionu titulunu qazanıblar. Orxan Baxışovla Samir Rəcəbəliyev isə fəxri kürsünün üçüncü pilləsini fəth ediblər.
Qaliblərə Tərtər rayon Gənclər və İdman İdarəsiniin təsis etdiyi diplomlar və medallar təqdim olunub.
Həmçinin ümumi komanda hesabında yüksək nəticə əldə etdiyi üçün Yevlax komandasına kubok təqdim olunub.