22.06.2016

Yevlaxlı cüdoçular Gürcüstandan uğurla qayıdıblar 

 Yevlax uşaq gənclər idman məktəbinin cüdo bölməsinin yetirmələri iyunun 8-dən 10-dək Gürcüstanın Sarsxeliya şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak ediblər.Yarışa 5 tatami ustası ilə qatılan Yevlax komandasının cüdoçularından 4-ü fəxri kürsüdə yer alıblar. 34 kiloqramq çəki dərəcəsində mübarizə aparan Mehman Vəlizadə yalnız finalda məğlub olaraq turniri gümüş medalla başa vurub. İsmayıl Nəsibov 34 kiloqramda, Nihad İsgəndərli 42 kiloqramda, Rəşad Abdullayev isə 46 kiloqramda döyüşən idmançılar arasında 3-cü olaraq birinciliyi bürünc medalla başa vurublar. “Mən üç görüş keçirdim. Üç görüşün ikisində qalib gəldim, birində məğlub oldum” deyə cüdoçu Nihad İsgəndərli bildirib. İndi Yevlaxlı cüdoçular iyul ayında Bakıda Əbülfəz Əliyevin xatirəsinə həsr edilən Sambo üzrə respublika kubokuna səylə hazırlaşırlar. “Əminəm ki, komandamızın iki üzvü qalib olacaq. Aslan Mirzəliyev və Tural Bağırzadədən yüksək nəticə gözləyirəm” deyə məşqçi Naib Balaşov vurğulayıb. Bildirək ki, turnirdə yüksək yerləri tutan tatami ustaları milli komandanın heyəticə cəlb olunaraq beynəlxalq yarışlarda iştirak etmək hüququ qazanacaqlar.