16.06.2016

Kövrək anlar yaşandı.

Şəhərimizin qabaqcıl təhsil ocaqlarından sayılan 5 nömrəli tam orta məktəbdə Son Zəngə böyük həvəs və sevinc içində hazırlaşmaşdılar.

Tədbir “Koroğlu” üvertürasının sədaları, Azərbaycan bayrağının meydana gətiril- məsi və Dövlət himninin səslənməsi ilə açıq elan edildi.

Giriş sözünü məktəbin direktoru Zərxanım Əhmədova söyləyərək məzunları təbrik etdi. Onlara bu vaxta qədər keçdikləri yolun gələcək ömürlərinin astanası olduğunu vurğuladı. Əsl müstəqil həyatın bundan sonra başladığını deyərək gənclərə uğurlar və xoşbəxtlik arzuladı.

Məzunların xoş günündə Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova, çıxış edərək təbriklərini və arzularını bölüşdü. İmtahanda gənclərə parlaq uğurlar arzuladı. Və hər birindən yüksək nəticələr gözlədiyini dedi. Çıxışının sonunda məktəbin ağır atletika üzrə Avropa çempionu və Respublika birinciliyinin qalibi olmuş Hüseyn İsmayılova Fəxri Fərman təqdim olundu.

Məzunların hazırladığı ssenari, kompozisiya və musiqi töhfələri böyük maraqla dinlənildi və bəyənildi. “İnci” rəqs qrupunun istedadla sərgilədiyi rəqs nömrəsi alqışlarla qarşılandı.