23.06.2016

Buraxlış imtahanları keçirildi.

İyunun 21-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay regional bölməsinin əhatə etdiyi 6 rayonda yerləşən orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil olunmuşdur.

Yevlax rayonunda buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 2 imtahan mərkəzləri ayrılıb. İmtahan mərkəzləri şəhər 2 və 3 nömrəli tam orta məktəblər  olmuşdur.

                İmtahanlarda IX və XI siniflər üzrə  2473 şagird iştirak etmişdir. Buraxılış imtahanlarına 115 nəfər nəzarətçi müəllim cəlb olunmuşdur.

               İmtahanlarda IX sinif şagirdləri ana dili və riyaziyyat fənləri üzrə, XI sinif şagirdləri isə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə biliklərini yoxlayıblar. IX sinif şagirdlərinə hər bir fənn üzrə 30, ümumilikdə, 60 test tapşırığı, XI sinif şagirdlərinə isə ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, onlar təqdim olunmuş mövzu üzrə yazı işi də yerinə yetiriblər. Şəffaf şəraitdə keçən imtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmamışdır.