2 nömrəli tam orta məktəbdə Son Zəng mərasimi Dövlət himnimizin çalınması ilə start götürdü. Sonra meydana onbirincilər-ilin məzunları gəldilər.
Məktəbin direktoru Mirismayıl Seyidov onbirinciləri və onların valideynlərini, həmçinin oxumaq estafetini qəbul etmiş gələcək birinciləri belə bir mərasimdə salamlamaqdan məmnun olduğunu bildirdi, hər kəsə uğurlar arzuladı.
Sonra M.Seyidov məlumat verdi ki, bu il məktəbi 2-si Azərbaycan, 1-i isə rus bölməsi olmaqla üç sinifdə 57 məzun başa vurur. Qarşıdan ali məktəblərə qəbul imtahanları gəlir və həm valideynlər, həm də müəllimlər bugünkü məzunlardan yüksək nəticələr gözləyirlər. Natiq ümidvar olduğunu bildirdi ki, məzunlar onlara bəslənən ümidləri doğruldacaqlar
Sonra buraxılış siniflərin rəhbərləri-Ellada Məmmədova (rus bölməsi), Nabat Əliyeva (XIa), Fərqanə Mahmudova (XIb) çıxış etdilər, məzunlarla bağlı ən xoş sözlər söylədilər, onlara həyat sevincləri arzuladılar.
Məzunların bir-birindən maraqlı çıxışları mərasimə yeni ovqat gətirdi. İki saatdan artıq davam edən tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşı Sevil Əliyeva və Şəhər Təhsil Şöbəsi metodkabinetinin müdiri Xaləddin Niftəliyev də iştirak edirdilər.
Tədbirə Son Zəngin sədaları yekun vurdu.