12.10.2016

Təbrik edirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla ölkəmizdə təhsilin inkişafı sahəsində xidmətləri olan bir qrup müəllim fəxri ad və mükafatlarla təltif olunub. Sevinc hissilə bildirmək istərdik ki, onların içərisində şəhərimizdəki 2 nömrəli tam orta məktəbin direktoru Mirismayıl Seyidov da var. Uzun illər pedaqoji sahədə çalışan M.Seyidov “Tərəqqi” medalına layiq görülüb.

Mirismayıl Seyidovu  layiq görüldüyü mükafat münasibətilə təbrik edir, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.