27.10.2016

Xatirə turnirinin qalibi oldu.

           Xaldan kənd kompleks tam orta məktəbində SSRİ Xalq müəllimi Zahid Şöyübovun xatirəsinə həsr olunmuş idmanın “Yunan-Roma” növü üzrə keçirilən ənənəvi turnirdə Tofiq Tağıyevin yetirmələri olan yeniyetmə pəhləvanlar da iştirak ediblər.

            Məktəbin ətraf kəndlərin məktəbli güləşçilərinin qatıldığı gərgin yarışda Tofiq müəllimin yetirmələrindən 10 nömrəli tam orta məktəbin IV sinif şagirdi Muhəmməd İsmayılov 23 kiloqram çəki dərəcəsində turnirin qalibi olmuşdur. Məşqçinin digər yetirməsi, 4 nömrəli tam orta məktəbin şagirdi Qasım Nəcəfov isə ikinci yerə çıxmışdır.