08.11.2016

9 noyabr Dövlət Bayrağı günüdür 

Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərancamla 9 noyabr tarixi Dövlət bayrağı günü kimi qeyd olunur.Bu gün  Yuxarı Qarxun kənd tam orta məktəbində Bayraq gününə həsr olunumuş tədbir keçirildi. Tədbirdə Məktəbimizin Tərbiyəvi işlər müavini Bərxudarov Camal müəllim çıxış edərək şagirdləri geniş məlumatlandırdı. Həmçinin tədbirdə tarix müəllimləri  Musayev Rəşad, Baxışova Sevdayə çıxış edərək şagirdləri bu gün münasibətilə təbrik etdi.