24.11.2016

Yuxarı Qarxun kənd tam orta məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların hüquq və vəzifələri” movzusunda dəyirmi masa təşkil olunmuşdur.

23 noyabr 2016-cı il tarixində Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların hüquq və vəzifələri” movzusunda dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada məktəbin tərbiyə işləri üzrə direktor müavini Bərxudarov Camal, məktəb psixoloqu Əhmədova Mehri, müəllimlərdən Musayev Rəşad, Baxışova Sevdayə, Baxışova Xəyalə və şagirdlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan C.Bərxudarov dəyirmi masanın keçirilməsinin məqsədindən danışmış, uşaqların hüquqları və vəzifələri haqqında məlumat vermişdir. Bildirmişdir ki, uşaq hüquqlarını müdafiə edən bir sıra qanunlar, konvensiyalar hazırlanmış və qəbul olunmuşdur.

Sonda psixoloq Əhmədova Mehri çıxışında Uşaq Hüquqları Konvensiyasının mahiyyəti haqqında məlumat vermiş, Konvensiyada mövcud olan maddələrdən danışmışdır.