22.11.2016

"Ölkəmizi tanıyaq" 

Şəhərimizin ümumtəhsil  məktəblərinin IX və XI  sinif şagirdlərindən ibarət daha bir qrup “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən tur-aksiyaya  qoşularaq  noyabrın 17-də ölkəmizin cənub bölgəsinə səyahətə yola salınıb. 40 nəfər məktəblidən ibarət tur-aksiya iştirakçılarını dörd gün çəkəcək səyahət ərzində təcrübəli həkim, müəllim və pedaqoqlardan ibarət nümayəndə heyəti müşaiyət edəcək.
          Şagirdlərin respublikamızın cənub bölgəsinə-Lənkəran- Masallı-Astara şəhərlərinə təntənəli yola salınm
ışdır.
          Aksiya iştirakçıları səfərə çıxmazdan öncə İDEA İctimai birliyinin “Hərəmiz bir ağac əkək!” layihəsi çərçivəsində  keçirilən nəcib təşəbbüsünə qoşularaq Heydər Əliyev sarayının ətrafındakı yaşıllıq  massivində ağac əkmişlər.

Sonra səfər iştirakçıları  ümummili liderin şəhərin baş meydandakı abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzərək, onlara  ayrılmış xüsusi avtobusla səyahətə  yola salınmışlar.


Açar sözlər: ,