28.11.2016

Sərbəşt güləş üzrə çempion oldu.

Xaçmaz şəhər Olimpiya kompleksində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti ilə sərbəst güləş üzrə birincilik  keçirilmişdir.

Həmin yarışda rayonumuzu təmsil edən yeniyetmə pəhləvanların cərgəsində keçmiş SSRİ- nin idman ustası Tofiq Tağıyevin yetirmələri də çıxış  etmişdir. İki gün davam edən  maraqlı və gərgin idman  mübarizəsi şəraitində keçən bu yarışda 4 nömrəli tam orta məktəbin IXc sinif  şagirdi Müşfiq Ocayev uğur qazanmışdır.

Müşfiq 6 yaşından idmanın bu maraqlı növünü seçmiş, məşqçi-müəllim Tofiq Tağıyevin rəhbərliyi ilə öz üzərində daim çalışmış, yarışdan-yarışa texniki və taktiki təcrübəsini  artırmağa nail olmuş, nəhayət, müxtəlif səviyyəli yarışlarda şəhərimizin  idman şərəfini ləyaqətlə qorumağı bacarmışdır. Budur, Müşfiq yenidən daha bir yarışdan- Xaçmaz şəhərində keçirilmiş sərbəst güləş üzrə ölkə birinciliyindən də qələbə sevinci ilə qayıtmışdır. O, 59 kiloqram çəki dərəcəsində döşək üzərində qarşılaşdığı bütün rəqiblərininin kürəyini yerə vura bilmiş və nəticədə fəxri kürsünün birinci pilləsini fəth etmişdir. Gənc və perspektivli pəhləvanımıza bundan sonrakı idman mübarizələrində də çempion adını qorumağı arzulayırıq.

 


Açar sözlər: ,