30.11.2016

Vətənpərvərlik mövzusunda Dəyirmi masa keçirilmişdir.

29 noyabr 2016-cı il Yevlax rayonu Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbində "Gənclər vətənpərvərlik, dövlətçilik,dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalıdır"mövzusunda Dəyirmi masa keçirilmişdir.

Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Qəmər Musayeva, Hərbi rəhbər Sahib İbrahimov, məktəbin psixoloqu Asəf Almədətov və məktəbin X-XI sinif şagirdləri iştirak etmişlər.