Yevlax şəhəri 3 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı aylığı çərçivəsində Ədəbiyyat müəllimləri Aynur Məmişova və IX-A və Samirə Siraclının V-B sinifində Ədəbiyyat fənnindən açıq dərsləri keçirilmişdir.
Açıq dərslərin mövzuları Səməd Vurğunun “Anamın öyüdü” əsəri və “Azərbaycan” şeri: əsərdə təsvir vasitələri-məcazlar olmuşdur.
Dərslər interaktiv formada keçirilmiş, müasir təlim texnalogiyalarından günün tələbinə uyğun istifadə olunmuşdur. Müasir qiymətləndirmə mexanizmləri tətbiq edilmiş, şagirdlərin fəallığı yüksək səviyyədə təşkil olunmuşdur.
Açıq dərsdə Yevlax şəhər Təhsil şöbəsinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodisti Sabir Alıyev, məktəbin direktoru Sevda Səmədova, direktor müavini Xaliq Əliyev, məktəbin praktik psixoloqu Ofelya Əsədova, məktəbin ixtisas müəllimləri eləcədə yaxın məktəblərin ixtisas müəllimləri iştirak etmişlər.