Yevlax şəhər Təhsil Şöbəsinin əmri ilə Azərbaycan Respublikasını Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Fəaliyyət planı təsdiq edilmişdir.
Fəaliyyət planın uyğun olaraq 07 dekabr 2016-cı il tarixdə şəhər 1 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə şəhər Təhsil şöbəsinin Metodkanibet müdiri Xaləddin Niftəliyev, şəhər Təhsil şöbəsinin metodisti Mirtaleh İsmayılzadə, şəhər məktəblərinin direktor müavinləri, müəllimləri və şəhər 1 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri iştirak etmişdirlər.
Ulu öndər “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” Azərbaycan Dövlət Müstəqilliyinin möhkəmləndirilməsində “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məqsədyönümlü fəaliyyəti və Heydər Əliyev və Neft strategiyası” mövzusunda müəllimlərin məruzləri və şagirdlərin hazırladıqları kompozisyalar dinlənilmişdir.
Fəaliyyət planına uyğun olaraq Dövlət Müstəqilliyimiz bərpasının 25-cı ildönümü ilə bağlı Yevlax şəhər Təhsil şöbəsi ilin sonunadək silsilə tədbirlər davam etdirəcəkdir.