12.12.2016

Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində "Ümummilli lider Heydər Əliyevin anım günü" ilə bağlı tədbir keçirilmişdir.    

9 dekabr 2016-cı il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində "Ümummilli lider Heydər Əliyevin anım günü" ilə bağlı tədbir keçirilmişdir.    

Tədbirdə məktəbin direktoru Ruqiyyə  Abdurəhimova, tərbiyə işləri üzrə direktor müavini Camal Bərxudarov, məktəbin psixoloqu Mehri Əhmədova, tarix müəllimləri Sevdayə Baxışova, Rəşad Musayev, kitabxanaçı Gülbahar Zülfüqarlı və digər müəllimlər, şagirdlər iştirak etdilər.

Tədbirə başlamazdan əvvəl şagirdlərlə birgə məktəbin foyesində Ümummilli lider Heydər Əliyev üçün qurulmuş portretinin önündə tər güllər və gül buketləri qoyulmuş, tədbir akt zalında davam etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini Camal Bərxudarov Ümummilli lider Heydər Əliyevin yeritdiyi siyasətdən, ölkəmizin hərtərəfli inkişafında məhz Heydər Əliyevin göstərdiyi böyük əməyindən danışmışdır.

Məktəbin tarix müəllimləri Sevdayə Baxışova və Rəşad Musayev öz çıxışlarında Heydər Əliyev irsinin öyrənilməsində, dövlətimizin qurulmasında və tərəqqisində Ulu öndərin gördüyü işlərdən danışmışlar.

 Sonra digər tədbir iştirakçılarının məruzə və çıxışları dinlənilmi., şagirdlərin şeirləri səslənmişdir.