12 dekabr 2016-cı il tarixdə Aran qəsəbə 1 nömrəli tam orta məktəbdə də şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə məktəbin pedoqoji heyəti Dahi lider Heydər Əliyevin həyat və fəaliyəti haqqında çıxışlar etmiş, məktəbin şagirdləri Ulu öndər Heydər Əliyevin və Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyev haqqında şeirlər söyləmişlər.