14.12.2016

Yuxarı Qarxun kənd tam orta məktəbin VII sinif şagirdləri ilə Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur.

13 dekabr 2016-cı il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbin VII sinif şagirdləri ilə Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur.

Ekskursiyanı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Camal Bərxudarov və  VII siniflərin sinif  rəhbərləri iştirak etmişlər. Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu öndərin xüsusin uşaqlıq və gənclik şəkillərinə böyük maraq göstərmişlər.

Mərkəzin bələdçisi mərkəzdə olan nadir əşyalar və dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən şəkillər haqqında şagirdlərə ətraflı məlumat vermişdir.

 


Açar sözlər: ,