15.12.2016

Yevlax şəhər 5 nömrəli tam orta məktəbdə "Yol hərəkətinin təşkili" qaydaları haqqında seminar keçirilmişdir.

15.12.2016-cı il tarixdə Yevlax şəhər 5 nömrəli tam orta məktəbdə Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsi "Yol hərəkətinin təşkili" qaydaları haqqında seminar keçirmişdir.

Seminarda Yol Polis İdarəsinin  kapitanı Azər Həsənov "Yol hərəkətinin təşkili" qaydaları haqqında məruzə ilə çıxış etmişdir.

O, şagirdlərə yol hərəkət qaydaları,piyada zolaqları və yol nişanları haqqında ətraflı məlumat vermiş, həmçinin yol hərəkəti zamanı piyadaların yol nişanlarına necə əməl etmələri onların diqqətinə çatdırmışdır.

 


Açar sözlər: