16.12.2016

Yuxarı Qarxun kənd tam orta məktəbinin II sinif şagirdləri ilə Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunmuşdur.

16 dekabr 2016-cı il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin II sinif şagirdlərinin, həmin sinfin müəllimi Nəcəfova Aytən və məktəbin tərbiyə işləri üzrə direktor müavini Bərxudarov Camalın iştirakı ilə Yevlax şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunmuşdur.

Ekskursiya zamanı bələdçinin Yevlaxın tarixi, təbiəti, fauna və florası, rayonun idmançıları və s. haqqında verdiyi məlumatlar şagirdlərdə geniş təəssürat yaratdı. Azyaşlı uşaqlar dərslərində məlumat aldıqları eksponatları muzeydə gördükdə nümayiş olunan eksponatlar haqqında ayrı-ayrılıqda məlumat almağa cəhd edirdilər. 
Ekskursiya şagirdlərin bir daha rayonumuzu sevdiklərini və yeni informasiya axtarışında olduqlarını göstərdilər.

 


Açar sözlər: