16.12.2016-cı il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsinin akt zalında Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin seminarı keçirilmişdir.
Seminarda Şəhər Təhsil Şöbəsinin Metodkabinetinin direktoru Xaləddin Niftəliyev “Ümumi orta (9 illik) təhsil bazasında ümumi təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarının modeli” barədə geniş təqdimat etmiş, yeniliyin səbəbləri, mahiyyəti və məzmunu müəllimlərə çatdırmışdır. Onlara imtahana hazırlıq məqsədilə şagirdlərlə müvafiq iş aparmaq tövsiyə olunmuşdur.
Seminarın gündəliyinə uyğun olaraq şəhər 1 nömrəli məktəbin müəllimi Gülər Rəsulovanın VI sinifdə, şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Samirə Xəlilovanın V sinifdə Azərbaycan dili fənni üzrə nümunə dərsləri nümayiş etdirilmiş, müəllimlər bu dərslər barədə öz fikir və mülahizələrini bildirmişlər.