13.01.2016

Şəhər 1 nömrəli tam orta məktəbdə növbəti  Dəyirmi masa keçirildi.

                     

Bu günlərdə məktəbimizdə keçirilən Dəyirmi Masa olduqca maraqlı idi. Çünki tədbir Prezident İlham Əliyev cənablarının  Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki  nitqində səsləndirilmiş fikirlərə uyğun olaraq düzənlənmişdi.

Tədbiri məktəbin direktoru Xalidə Əzizova açaraq  diqqəti ölkə başçısının həmin nitqindəki bu fikirlərə yönəltdi: “Bizim gənclərimiz bilikli, savadlı olmalıdır ki, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar…”. Bildirdi ki, bu mənada məktəbin və müəllimlərin üzərinə böyük vəzifələr düşür. Müəllim tək bilik verməklə işini bitmiş hesab etməməli, həm də uşaqların milli ruhda, vətənpərvər yetişməsi üçün çalışmalıdır.

Direktor müavini Avtandil Mikayılov Prezidentin çıxışına istinadən vətənpərvərlik, milli ruh, milli dəyərlər və tolerantlıq haqqında danışdı.

Dəyirmi Masada bu sətirlərin müəllifi  milli iftixar yerimiz olan maddi və mənəvi dəyərlərimizdən, Azərbaycan dili və ədəbiyyatı müəllimi İ.Həsənova milli-mənəvi dəyərlərimizin Azərbaycan ədəbiyyatında tərənnümü və görkəmli şair və yazıçılarımızın əsərlərinin bizdə yaratdığı milli iftixar hissindən, ingilis dili müəllimi X.Zahidli tarixi abidələrimiz haqqında (ingiliscə və həm də həmin abidələri  proyektorla nümayiş etdirməklə) danışdılar.

Tədbirdə iştirak edən məktəbin yuxarı sinif şagirdləri də müstəqilliyimiz, onun xalqımıza bəxş etdiyi dəyərlərdən ətraflı danışdılar.

Sonda Dəyirmi Masa iştirakçıları məktəbdə yaradılmış Heydər Əliyev guşəsinin önündə xatirə şəkli çəkdirdilər.

 


Açar sözlər: ,  ,