06.01.2017

Yuxarı Qarxun kəd tam orta məktəbin VIII sinif şagirdi İman Əhmədov  cüdo üzrə yarışmada 55 kq çəki dərəcəsində ən yüksək nəticə göstərərək I yerə layiq görülmüşdür.

Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbin VIII sinif şagirdi İman Əhmədov 25 dekabr 2016-cı il tarixdə Qax rayonunda Uşaq Gənclər İdman məktəblərinin açıq birinciliyində yeniyetmələr arasında keçirilən cüdo üzrə yarışmada 55 kq çəki dərəcəsində ən yüksək nəticə göstərərək I yerə layiq görülmüşdür.

Bu nailyyətinə görə məktəbdə keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il şənliyində İman Əhmədov məktəb rəhbərliyi tərəfindən hədiyyə və Fəxri Fərmanla təltif edilmişdir.