6 yanvar 2017-ci il tarixdə Yuxarı Qarxun kənd tamorta məktəbin IX sinifində müəllim Zeynəb Əliyevanın Ədəbiyyat fənnindən açıq dərs keçirilmişdir.
Dərsdə məktəbin bir neçə müəllim və rəhbər işçiləri iştirak etmişdir.
Açıd dərs M.Şəhriyarın "Heydər babaya salam" poemasına həsr olunmuşdur. Müəllim poemada əsasən şagirdlərin diqqətini şairin xalqın milli adət-ənənələrini, insanların gündəlik həyatını, məişət problemlərini bənzərsiz bədii təsvir və ifadə vasitələrindən orijial tərzdə ifadə etməklə necə təsvir etməsinə yönəltmişdir. Bu isə şagirdlərin dərsə diqqətini daha da artırmışdır.