17.01.2017

Dövlət Gömrük Komitəsinin yaradılmasının 25-ci ildönümü münasibəti ilə Yevlax Gömrük idarəsi şəhər 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri görüş keçirmişdir.  

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25-ci ildönümü münasibəti ilə Yevlax Gömrük idarəsi şəhər 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirmişdir.      

Görüşü  məktəbin direktor müavini Aftandil Mikayılov qonaqları təqdim etməklə açmışdır. Çıxış üçün söz alan Yevlax Gömrük İdarəsinin yük şöbəsinin rəisi, gömrük xidməti mayoru Nurlan Nuriyev müzakirə olunan mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat vermiş, ölkəmizdə milli Gömrük  Komitəsinin yaradılması, ötən 25 il ərzində gömrük xidməti fəaliyyətinin mühüm istiqamətləri barədə danışmışdır. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən  hakimiyyətə qayıtdıqdan sonra milli gömrük qanunvericiliyi işlənib  hazırlanmış, müstəqil dövlətimizin gömrük sisteminin müasir standartlara uyğun yenidən qurulmasına və maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə xüsusi önəm verilmiş, hətta fəaliyyətinin 25 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası Dövlət  Gömrük Komitəsi artıq çoxdan dünya gömrük ittifaqına inteqrasiya olunmuşdur.
           Sonra şagirdlər qarşısında Yevlax Gömrük İdarəsinin fəaliyyətinin  qiymətləndirilməsi bölməsinin baş inspektoru, gömrük xidməti leytenantı Xətayi Məmmədli “Ölkə ərazisində  idxal və ixrac mallarının rəsmiləşdirilməsi qaydası”, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin baş inspektoru, gömrük xidməti mayoru Ramil Mədətov  “Narkotik vasitələrin və digər qaçaqmalçılıq predmetlərinin qanunsuz dövriyyəsi ilə mübarizə, “Aşkar olunmuş faktlar və gizlətmə metodları” mövzularında geniş və  əhatəli  çıxış  etməklə yanaşı özlərinin iş təcrübələrindən bəhs edən videogörüntülərlə  şagirdləri  yaxından tanış  etmişlər.

          Sonda gömrük xidməti mayoru Nurlan Nuriyev görüşün yüksək səviyyədə təşkilinə görə çalışdığı kollektiv adından məktəb rəhbərliyinə və şagirdlərə təhsildə uğurlar  arzulamışdır.