19.01.2017

Salahlı kənd tam orta məktəbdə qanlı 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

19 yanvar 2017-ci il tarixdə Salahlı kənd tam orta məktəbdə qanlı 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər də iştirak etmişdir.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı çıxış edən məktəb müəllimləri xalqımızın tarixinə qanla yazılmış bu şərəfli tarixi hadisə barədə ətraflı məlumat vermişlər.

Sonda şagirdlər qanlı yanvar hadisələrinə aid şeirlər söyləmiş, səhnəciklər göstərmişlər.


Açar sözlər: