Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbin rəhbərliyinin təşəbbüsü ilə məktəbin bir neçə müəllimi və şagirdləriylə birgə Qarabağ müharibəsində şəhid olmuş Albert Cumayevin ailəsiylə görüş keçirilmişdir.
Cumayev Albert Maarif oğlu 1971-ci ildə Yevlax rayonu Yuxarı Qarxun kəndində anadan olub. 1978-ci ildə Yuxarı Qarxun kənd orta məktəbin birinci sinfinə qəbul olunub. 1988-ci ildə orta məktəbi bitirmişdir. 1992-ci ildə Vətəni qorumaq üçün cəbhəyə yollanan Albert Ağdamın rayonunun, Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş, 1993-cü ildə isə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Şəhidin evində onun xatirə sərgisinə aid bir otaq vardırki orada Albertin məktəb və gənclik illərində şəkdiyi şəkilləri, hərbi xidmətdə olarkən bayram günlərində valideynlərinə göndərdiyi açıqçaları indiyə kimi saxlanılır.
Ailəylə aparılan söhbətlər şagirdlərdə çox böyük ikrah hissi oyatmış və onlar vətənə məhəbbətin, onun uğrunda canından keçməyin necə müqəddəs bir iş olduğunu dərk etmişlər.