24 yanvar 2017-ci il tarixdə Şəhər Təhsil Şöbəsinin akt zalında tarix müəllimlərinin seminarı keçirilmişdir.
Seminarda şəhər 5 nömrəli tam orta məktəbin müəllimi, “Əməkdar müəllim”, Ən yaxşı müəllim” Respublika müsabiqəsinin qalibi Əmiraslan Bəşirovun tarix fənninin tədrisində müasir təlim metodlarından istifadəsi mövsuzunda məruzəsi dinlənilmiş, rayonun qabaqcıl tarix müəllimləri, Şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Sevinc İbrahimovanın və Nərimanabad kənd tam orta məktəbin müəllimi Nuridə Xudiyevanın açıq dərslərinin təqdimatı keçirilmişdir.
Seminarın sonunda müəllimlərin mövzuyla bağlı sualları cavablandırlmışdır.