19.01.2017

Şəhər Təhsil Şöbəsinin fəaliyyət planına uyğun olaraq Şura iclası keçirilmişdir.

19 yanvar 2017-ci il tarixdə Şəhər Təhsil Şöbəsinin fəaliyyət planına uyğun olaraq Şura iclası keçirilmişdir.

Şurada  Yevlax şəhər 4, 10 nömrəli, Qaraoğlan və Yuxarı Qarxun kənd  tam orta məktəblərinin riyaziyyat, şəhər 1,7 nömrəli, Malbinəsi, Qoyubinəsi və Kövər kənd tam orta məktəblərin tarix, şəhər 2,5,9 nömrəli, Nərimanabad, Nemətabad və Yəldili kənd tam orta, Əcəmi və Yuxarı Bucaq kənd ümumi orta məktəbərinin isə Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisi vəziyyəti, şəhər 3,6,8 nömrəli, Salahlı, Hürüuşağı və Varvara kənd tam orta məktəblərində dərsdənkənar, fakultativ və  dərnək məşğələlərinin təşkili və aparılması vəziyyəti barədə aparılmış  monitorinqlərin nəticələri müzakirə olunmuşdur.

Şura iclasının qərarı ilə nüqsanlara yol verilmiş məktəb rəhbərləri cəzalandırılmış, nəticələri pedoqoji şuralarda müzakirə olunması tövsiyyə edilmişdir.