03 fevral 2017-ci il tarixdə Yevlax şəhər Təhsil şöbəsinin akt zalında “Ümumtəhsil məktəblərində Gənclər Çağırışaqədərki Hazırlığı və hərbi vətənpərvərlik” mövzusunda Gənclər Çağırışaqədərki Hazırlığı üzrə rəhbərlərinin seminarı keçirilmişdir.
Seminarda bütün məktəblərin hərbi rəhbərləri, şəhər Təhsil şöbəsinin Metodkabinetinin müdiri X. Niftəliyev, şəhər Təhsil şöbəsinin metodisti N.Hüseynov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Yevlax rayon şöbəsinin rəis müavini mayor Y.Əmədov iştirak etmişdir.