08.02.2017

Kövər kənd tam orta məktəbində Mübariz İbrahimovun anadan olmasının 29 -cu il dönümü münasibəti ilə tədbir keçirilmişdir.

7 fevral 2017 ci il tarixində Yevlax rayonu Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 29 -cu il dönümü münasibəti ilə " Ölümün üstünə gedən igid " adlı tədbir keçirilmişdir.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

            Məktəbin tərbiyə işləri üzrə direktor müavini Qəmər Musayeva, psixoloq Asəf Almədətov və tarix müəllimi Bakir Quliyev şəhid Mübariz İbrahimov haqqında, onun vətənə məhəbbəti və qəhrəmanlığı barəsində çıxışlar etmişdir.


Açar sözlər: