14.02.2017

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

13 fevral 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Yeni Azərbaycan Partiyasının akt zalında keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Yevlax rayon Polis şöbəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon bölməsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Qarabağ əlilləri, Şəhid ailələri, Yevlax  rayon Təhsil Şöbəsinin metodisti, şagirdlər və müəllimlər iştirak etmişdir.

Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən bir neçə qarabağ əlilinə və şəhid ailəsinə qiymətli hədiyyələr təqdim olundu.