27 fevral 2017-ci il tarixində Yevlax rayon Xaldan kənd tam orta məktəbində Azərbaycan tarixi fənnindən Açıq dərs keçirilmişdir.
VI b sinfində fənn müəllimi Nuriyə Əsədovanın keçdiyi açıq dərsdə Şəhər Təhsil Şöbəsinin metodisti Mirtaleh İsmayılzadə, məktəbin rəhbər işçiləri və ətraf kənd məktəblərinin tarix müəllimləri iştirak etmişdir.
“Azərbaycan Midiya və Əhəməni imperiyasının dövründə” mövzusunda keçirilən dərsdə müasir təlim vasitələrindən, kompyuter, proyektor və xəritələrdən istifadə edilmiş və dərs fəal mərhələlərə uyğun şəkildə keçirilmişdir.